...

"Kəpəz" futbolçusu ilə yeni müqavilə imzalayıb

İdman Materials 12 İyun 2024 20:49 (UTC +04:00)

Bakı. Trend:

Yeqor Xvalko daha bir il “Kəpəz”də çıxş edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Belaruslu futbolçu “Kəpəz”lə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb. O, 2022-ci ildən qərb klubunun şərəfini qoruyur.

Qeyd edək ki, kapitan sarğısını daşıyan Xvalko Azərbaycan Premyer Liqasının son mövsümündə 35 oyunda “Kəpəz”in formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti