...

Avro-2024: Almaniya Şotlandiya millisini darmadağın etdi (FOTO)

İdman Materials 15 İyun 2024 01:01 (UTC +04:00)
Avro-2024: Almaniya Şotlandiya millisini darmadağın etdi (FOTO)

Bakı. Trend:

Bu gün AVRO-2024-ə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Almaniyada keçirilən 17-ci Avropa çempionatının ilk günündə meydan sahibi Almaniya Şotlandiya yığması ilə görüşüb.

Münhendə təşkil olunan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Almanlar rəqib qapısından 5 top keçirib. 10 nəfərlə qalan Şotlandiya son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, qrupun digər oyunu iyunun 15-də keçiriləcək. Macarıstan – İsveçrə matçı Kölndə baş tutacaq.

Qollar: Florian Virts, 10. Jamal Musiala, 19. Kai Havertz, 45+1 (pen.). Niklas Fullkruq, 68. Emre Can, 90+3 - Antonio Rudiger, 87 (öz qapısına).
Baş hakim: Klemen Turpin (Fransa).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti