...

Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

İdman Materials 18 İyun 2024 17:06 (UTC +04:00)

Bakı. Trend:

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2024/2025 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın “Eqnatiya”nın da rəqibi bilinib. Onlar ilk mərhələdə Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab görüşləri 16-17-də baş tutacaq.

I təsnifat mərhələsi

“Slovan” – “Struqa”
TNS – “Deçiç”
“Borats” – “Eqnatiya”
“Hamrun” – “Linkoln”
“Balkani” – “Santa Koloma”
“Flora” – “Selye”
“Klaksvik” – “Differdanj”
“Panevejis” - HİK
RFŞ – “Larne”
“Vikinqur” – “Şemrok Rovers”
“Virtus” – “Styaua”
“Lüdororets” – “Dinamo” Bt
“Ordabası” – “Petrokub”
“Dinamo” Mn – “Pünik”

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti