...

“Zirə”nin rəqibi millinin futbolçusu ilə güclənib

İdman Materials 27 İyun 2024 19:51 (UTC +04:00)

Bakı. Trend:

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” Moldova millisinin futbolçusu Vadim Paireli heyətinə qatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, ölkəsinin digər klubu “Milsami”dən transfer olunub.

Tiraspol təmsilçisinin yetirməsi olan Pairel Moldova millisinin bütün yaş qruplarının formasını geyinib. O, əsas yığmada 5 oyuna çıxıb.

Qeyd edək ki, “Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti