...

Kilian Mbappe “Real”la müqavilə imzalayıb

İdman Materials 16 İyul 2024 16:10 (UTC +04:00)

Bakı. Trend:

Bu gün fransalı hücumçu Kilian Mbappenin "Real"la müqavilə imzalama mərasimi keçirilib.

Trend idman.biz-ə xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peresin də iştirak etdiyi mərasim “Santiaqo Bernabeu” stadionunda baş tutub.

Sonra Mbappe Kral Klubunun kubokları önündə 9 nömrəli köynəklə şəkil çəkdirib. Fransız forvardın təqdimat mərasimi tezliklə “Real”ın doğma stadionunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti