Paris. Trend:
Azərbaycan boksçusu Paris 2024 də mübarizəni dayandırıb.
Trend xəbər verir ki, Azərbaycanın boksçusu Nicat Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
51 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib.
Bu görüşdə idmançımız məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.