Bakı. Trend:
İlkay Gündoğan “Mançester Siti”yə qayıdır.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu İngiltərə klubu ilə razılığa gəlib.
İlkay “Barselona”nı azad agent statusu ilə tərk edəcək və Premyer Liqa təmsilçisinə pulsuz keçəcək. O, mançesterlilərlə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Gündoğan 2016-23-cü illərdə də “şəhərlilər”in formasını geyinib.