Bakı. Trend:
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə ilk mükafatçılar bəlli olub.
Azərbaycan millisinin 3 idmançısı da medal uğrunda xalçaya çıxıb.
U-17 dünya çempionatı
Sərbəst güləş
5️5️ kq
Yarımfinalda məğlub olan Hüseyn Hüseynov bürünc medal görüşünə
çıxıb. O, ermənistanlı Qaqik Xazaryanla üz-üzə gəlib. 2:1 hesabı
ilə qalib gələn Hüseyn çempionatı 3-cü pillədə başa vurub.
8️0️ kq
Məhəmməd Abbaszadə təsəlliverici görüşlərdə öncə qırğızıstanlı
Qanbat Tserenpuntsaqı, ardınca hindistanlı Vevik Veviki məğlub
edib. Güləşçimiz 3-cü yer uğrunda Artur Kostyukla (Ukrayna)
qarşılaşıb. Görüş 5:5 hesabı ilə yekunlaşsa da, son xal prinsipinə
əsasən rəqib idmançı qalib elan olunub.
1️1️0️ kq
Təsəlliveri görüşdə Yaraslav Koxanı (AİN) məğlub edən Muxamad
Qantemirov bürünc medal uğrunda yarışıb. Onun rəqibi gürcüstanlı
Qiqia Lukunidze olub. 7:0 hesabı qalib gələn güləşçimiz fəxri
kürsüdə yer alıb.
Qeyd edək ki, sərbəst güləş üzrə digər 5 çəkidə qaliblər sabah bəlli olacaq.
