...

Çempionlar Liqasının favoriti açıqlanıb

İdman Materials 13 Sentyabr 2024 03:47 (UTC +04:00)

Bakı. Trend:

"Opta" statistika şirkəti Çempionlar Liqasının 2024/2025 mövsümünün favoritlərini açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Mançester Siti" titula əsas namizəd hesab olunub.

İngiltərə çempionunun turnirdə qələbə qazanmaq şansı 25,3 faizə bərabərdir. Növbəti yeri ÇL-in hazırki qalibi "Real" tutur. Madridlilərin uğur əldə etmək ehtimalı 18,2 faiz kimi qiymətləndirilib. "İnter" 10,9 faizlə üçüncüdür.

Qeyd edək ki, "Real" son finalda "Borussiya"ya 2:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti