Bakı. Trend:
Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət Azərbaycan cütlüyü bu gün ilk oyununu keçirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda komandamızın rəqibi Ermənistan təmsilçisi olub.
Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, voleybolçularımızın növbəti rəqibi Ukrayna komandası olacaq.