...

Piastri Bakıdakı qələbəni xatırlayıb

İdman Materials 5 Oktyabr 2024 04:02 (UTC +04:00)
Piastri Bakıdakı qələbəni xatırlayıb

Bakı. Trend:

"Formula-1" pilotu Oskar Piastri Azərbaycan Qran-prisindəki qələbəsini xatırlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Maklaren"in sürücüsü Bakıdakı yarışda çıxışından razı qaldığını deyib.

Piastri bildirib ki, daha yaxşı olmaq şansı var: "Bu il təsnifat mərhələlərində çətinliklə üzləşdim. Daha yaxşı olmaq üçün imkanlarım var. Bakıda ötmələr və təzyiqi idarə etmək baxımından çıxışımından razı qaldım. Uğurlu nəticələr qazanmaq üçün çatışmazlıqlar üzərində işləmək vacibdir. Karyeramda inkişaf olduğunu hiss edirəm".

Qeyd edək ki, Piastri Azərbaycan Qran-prisində karyerasında ikinci qələbəsini qazanıb.

Xəbər lenti

Xəbər lenti