Bakı. Trend:
Portuqaliya prokuraturası "Benfika"nın bütün yarışlardan ixrac olunmasını tələb edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nüfuzlu "Record" nəşri məlumat yayıb.
Lissabon klubu maliyyə maxinasiyalarında günahlandırılıb. Bundan 2016-2019-cu illərdə klub rəhbərliyinin korrupsiya, saxta sənədlər və vergi fırıldağında yol verdiyi bildirilib.
Qeyd edək ki, "Benfika"nın 6 aydan 3 ilə kimi diskvalifikasiya olunması istənilib.