Bakı. Trend:
Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya Bundesliqasında növbəti oyununa çıxıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, onun komandası 10-cu turda öz meydanında "Regensburq"la qarşılaşıb.
Məhsuldar keçən qarşılaşma "Nürnberq"in 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir 23-cü dəqiqədə vurulan qollardan birinin müəllifi olub. Emreli 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, ardıcıl ikinci qələbəsini qazanan "Nürnberq" 16 xalla 6-cı pilləyə yüksəlib.