Bakı. Trend:
Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri karyerasının sonunu açıqlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə idmançı öz sosial şəbəkələrində paylaşım edib.
O, boksçu karyerasının hər dəqiqəsindən zövq aldığını qeyd edib.
Qeyd edək ki, Taysonu Fyuri son iki döyüşünü WBC, WBA и WBO titulların hazırkı sahibi ukraynalı Aleksandr Usikə qarşı keçirib. O, hər iki döyüşdə məğlubiyyətlə üzləşib. Fyuri əvvəlcə 2024-cü ilin mayında 12 raunddan sonra qələbəni əldən verib. O, daha sonra həmin ilin dekabr ayında revanş döyüşündə məğlub olub.