Bakı. Trend:
Misli Premyer Liqasında XIX turun daha bir qarşılaşması baş tutub.
Trend xəbər verir ki, “Neftçi” öz meydanında “Sabah” komandasını qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Oyunun 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Azər Salahlı avtoqol müəllifi olub. Lakin cəmi bir dəqiqə sonra Andrey Ştoqrin hesabı bərabərləşdirərək komandası üçün vacib xal qazandırıb.
Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. “Sabah” isə 27 xalla beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki oyunlarında bu nəticələr qeydə alınıb:
“Qarabağ” 3:2 hesabı ilə “Şamaxı”ya qalib gəlib;
“Zirə” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib;
“Səbail” “Sumqayıt” üzərində 2:0 hesablı qələbə qazanıb;
“Kəpəz” isə “Turan Tovuz”u 5:2 hesabı ilə məğlub edib.