...

Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq - XİN

Siyasət Materials 18 Yanvar 2025 14:01 (UTC +04:00)
Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ən qısa zamanda Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

"Uzun müddət Azərbaycanın Suriyada fəaliyyət göstərən diplomatik təmsilçiliyi yox idi. Məlum hadisədən dərhal sonra bu istiqamətdə müvafiq addımlar atıldı", - o bildirib.

Nazir qeyd edib ki, qısa müddət ərzində Azərbaycan nümayəndə heyəti Suriyada oldu:

“Orada diplomatik missiyamızın bərpasında niyyətimizi ortaya qoyduq. Ən qısa zamanda səfirliyin fəaliyyəti bərpa olunacaq. Hazırda texniki işlər gedir”.

Xəbər lenti

Xəbər lenti