...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlanıb

Cəmiyyət Materials 18 Yanvar 2025 13:55 (UTC +04:00)
Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlanıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 20-də hava şəraiti aşağıdakı kimi olacaq:

Saat 7:00-11:00 radələrində:

Arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s.
Havanın temperaturu 3-6° isti olacaq.

Saat 11:00-14:00 radələrində:

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s.
Havanın temperaturu 5-7° isti olacaq.

Saat 14:00-17:00 radələrində:

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 17:00 radələrində az çiskinli olacağı ehtimalı var.
Şimal-qərb küləyi 8-13 m/s.
Havanın temperaturu 6-8° isti olacaq.

Saat 18:00-22:00 radələrində:

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərqb küləyi 5-10 m/s.
Havanın temperaturu 5°-dək isti olacaq.

Xəbər lenti

Xəbər lenti