Bakı. Trend:
Almaniyada 50-yə yaxın müxtəlif qrup uzun sürən iqtisadi böhranla əlaqədar yanvarın 29-da ölkə daxilində nümayişlər keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.
Etiraz aksiyaları Berlinin mərkəzindəki Brandenburq qapısı qarşısında və Almaniyanın bir çox başqa şəhərlərində keçiriləcək.
Almaniya Metallurgiya və Elektrik Mühəndisliyi Sənayesi İşəgötürənləri Assosiasiyası (Gesamtmetall), yerli mehmanxana və iaşə şirkətlərinin ticarət assosiasiyası (DEHOGA), Almaniya Xarici və Topdan Ticarət Federal Assosiasiyası (BGA), moda sənayesinin nümayəndələri və orta- böyük biznes birlikləri nümayişlərdə iştirak etmək niyyətindədir.
Bu birliklərə daxil olan şirkətlərdə ümumilikdə 20 milyona yaxın insan çalışır. Etirazçılar ölkədəki iqtisadi durumun ağırlaşmasına, enerji qiymətlərinin artmasına və kiçik bizneslərin çətinliklərlə üzləşməsinə etiraz edəcəklər.