...

Qəzza mövzusunda Türkiyə əlindən gələni edəcək - Hakan Fidan

Gündəm Materials 18 Yanvar 2025 14:06 (UTC +04:00)
Qəzza mövzusunda Türkiyə əlindən gələni edəcək - Hakan Fidan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza mövzusunda Türkiyə əlindən gələni edəcək.

Trend xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

"15 aydır davam edən Həmas-İsrail münaqişəsinin dayandırılması bizim üçün önəmlidir.

Ümid edirik ki, atəşkəs davam edər və humanitar yardımların Qəzzaya çatdırılmasında maneələr olmaz. Bu mövzuda Türkiyə əlindən gələni edəcək.

Bundan sonra həmin bölgədə normallaşma prosesini təmin etməyə çalışacağıq. Humanitar yardımlara davam edəcəyik”, - deyə H.Fidan bildirib.

Xəbər lenti

Xəbər lenti