Bakı. Trend:
TDT ilə bağlı planlar arasında diplomatların sayının artırılması da var.
Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Hər il TDT gündəliyində tədbirlərimiz zənginləşir. Bu gün təşkilat tamamilə fərqli bir gücə, faktora çevrilib. Planlar sırasında katibliyin potensialının artırılması, diplomatlarının sayının artırılması da var.
Katiblik yanında daimi nümayəndələr institutunun formalaşması təşkilatın işinə əlavə dinamika qatacaq”.