...

Azərbaycanda metal filiz hasilatı 11%-dən çox azalıb

İqtisadiyyat Materials 18 Yanvar 2025 11:54 (UTC +04:00)
Azərbaycanda metal filiz hasilatı 11%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 382,4 milyon manat dəyərində metal filiz hasil edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 11,2% azdır.

Hesabat dövründə 378,8 ton mis konsentratı hasil edilib ki, bu da illik müqayisədə 82,3% azdır. 2023-cü ildə ölkədə 2100 tonun üzərində mis konsentratı istehsal olunmuşdu.

Ötən ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

Bundan başqa, Azərbaycanda qızıl və gümüş hasilatında da azalma qeydə alınıb. Belə ki, ötən il ölkədə 2663,5 kq qızıl, 3184,9 kq gümüş hasil olunub. 2023-cü illə müqayisədə bu göstəricilər müvafiq olaraq 3,5% və 14% azdır.

2024-cü ilin dekabrın 1-i vəziyyətinə qızıl hasilatında hazır məhsul ehtiyatı 56 kq, gümüş hasilatında isə 334,9 ton qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti