...

İsrail hökuməti HƏMAS-la atəşkəs və girovların azad edilməsi barədə sazişi təsdiqləyib

Dünya xəbərləri Materials 18 Yanvar 2025 04:42 (UTC +04:00)
İsrail hökuməti HƏMAS-la atəşkəs və girovların azad edilməsi barədə sazişi təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hökuməti Qəzza zolağında HƏMAS hərəkatı ilə atəşkəsin bərpası və girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə məlumat İsrailin “Walla” portalında yer alıb.

Onun sözlərinə görə, hökumətin 24 üzvü sövdələşmənin lehinə, 8-i əleyhinə səs verib. Portal qeyd edir ki, ultra-pravoslav partiyalarından olan nazirlər yəhudi ənənəsində müqəddəs istirahət günü olan şənbə günündən əvvəl razılaşma təsdiq olunmadığı üçün onların necə səs verəcəklərini göstərən qeydlər qoyublar.

Məlumata görə, sözügedən saziş daha əvvəl İsrailin hərbi-siyasi kabineti tərəfindən də təsdiqlənmişdi.

Razılaşma yanvarın 16-da axşam saatlarında Dohada əldə edilib. “Axios” portalının məlumatına görə, sazişin hazırlanmasında ABŞ-nın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, həmçinin Qətər və Misir vasitəçiləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti