Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində, stabil proqnozla təsdiqləyib.
Trend xəbər verir ki, hesabatda qeyd olunur ki, ölkənin reytinqi güclü xarici balansı, dövlət borcunun analoji ölkələrlə müqayisədə aşağı səviyyədə olması və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə maliyyə çevikliyini əks etdirir.
“Fitch”in qiymətləndirməsinə görə, Azərbaycanın 2024-cü il üçün suveren valyuta aktivlərinin həcmi 76 milyard ABŞ dollarına (gözlənilən ÜDM-in 102 %-i) çatacaq. Bu məbləğin 83 faizi ARDNF-də, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında toplanıb.