Bakı. Trend:
Fransa hökuməti İsveçrənin "Nestle" şirkətinin təbii mineral su kimi etiketlənmiş içməli su məhsullarında müxtəlif filtrasiya üsullarından istifadə etməsi ilə bağlı iddiaları araşdırır.
Trend "Le Monde" qəzetinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabr ayında bu məsələ ilə bağlı dələduzluq şikayəti əsasında istintaq başladılıb.
Şirkət istintaqın başlanması ilə bağlı rəsmi açıqlama verməkdən imtina etsə də, məhkəmə orqanları ilə konstruktiv əməkdaşlıq edəcəklərini bəyan edib.