Bakı. Trend:
Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu, “Napoli”nin gənc yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə rəsmi müqavilə bağlayıb.
Trend xəbər verir ki, Paris təmsilçisi Kvaratsxeliya ilə 2029-cu ilin iyun ayınadək davam edəcək 5 illik razılaşma imzaladığını məmnuniyyətlə açıqlayıb. 23 yaşlı gürcüstanlı cinah oyunçusu PSJ-də 7 nömrəli formanı geyinəcək və klubun tarixində ilk gürcü futbolçu olacaq.
Məlumata görə, “Napoli”yə bu transfer üçün 70 milyon avro ödənilib.
İtaliyalı insayder Fabritsio Romano isə bildirib ki, PSJ, Neapol komandasına 70 milyon avro ödəyib.