Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni Prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasiminə böyük maraqla yanaşdığını bildirib.
Trend xəbər verir ki, Orban Trampın Ağ evə gəlişini “ABŞ-Macarıstan münasibətlərində qızıl dövrün başlanğıcı” kimi qiymətləndirib.
“Bu, iki ölkə arasında yeni bir qızıl dövrün başlanğıcı olacaq və hər bir ailənin gündəlik həyatına, eləcə də büdcəsinə müsbət təsir göstərəcək. Macarıstan iqtisadiyyatının inkişafı üçün Trampın prezident seçilməsi vacib şərt idi. Bu qələbə uzunmüddətli sülh və rifah gətirəcək”, – deyə Baş nazir feysbuk hesabında qeyd edib.
Orban əlavə edib ki, “Bazar ertəsi yeni bir dövr başlayır. Son illərin çətinliklərindən sonra münasibətləri yenidən qurmaq vaxtıdır.”