Bakı. Trend:
Uşaqlıq xatirələrimi canlandırdığım Cəbrayılda yenidən yaşamaq qürurvericidir.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Eyvazov Ramin deyib.
Onun sözlərinə görə, 12 yaşında doğma yurdu Cəbrayılı tərk etmək məcburiyyətində qalıb və indi 32 ildən sonra yenidən öz yurduna 4 övladı ilə qayıdır.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Allah Prezidentimizi var eləsin. Bugünkü gündə bizim üçün bütün şərait yaradılıb. Bundan sonra həyatımızı doğma torpaqda davam etdirmək istəyirik", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.