...

Həsrəti ilə qocaldığım doğma yurduma qayıtdığım üçün sevinirəm - Cəbrayıl sakini

Siyasət Materials 18 Yanvar 2025 07:25 (UTC +04:00)
Həsrəti ilə qocaldığım doğma yurduma qayıtdığım üçün sevinirəm - Cəbrayıl sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

32 il həsrəti ilə qocaldığım doğma yurduma qayıtdığım üçün sevinirəm.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Eyvazova Məhluqə deyib.

Onun sözlərinə görə, Cəbrayılı oğlu uşaq ikən tərk etmək məcburiyyətində qalıb. İndi isə nəvələri ilə birlikdə doğma torpağa qayıdır.

"Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Cəbrayıl bizim üçün daim əzizdir. Hər zaman onu görmək həsrətində olmuşam. Oranın suyu, havası üçün çox darıxmışam", -deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti