Bakı. Trend:
Qalib bir vətəndaş kimi başı dik şəkildə öz yurdum Cəbrayıla qayıtdığım üçün qürurluyam.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Vəliyeva Aylanur deyib.
Onun sözlərinə görə, 6 yaşında doğma yurdu məcburi şəkildə tərk edib. Uşaqlıq illərini, Həmin dövrdəki Cəbrayılı hələ də xatırlayır və heç zaman unutmayıb.
"32 il qaçqınlıq statusu ilə yaşamışıq. O statusu bizim üzərimizdən qaldırdığı üçün Ali Baş Komandan Cənab Prezidentimizə çox minnətdaram, var olsun.
Mən əhd eləmişəm ki, torpağıma ayaq basan kimi onu öpəcəyəm", -deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.