...

TikTok ABŞ-da fəaliyyətini dayandıra bilər

Dünya xəbərləri Materials 18 Yanvar 2025 08:53 (UTC +04:00)
TikTok ABŞ-da fəaliyyətini dayandıra bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qısa formalı video tətbiqi TikTok, Bayden administrasiyasından onun tətbiq etdiyi qadağanın texnoloji tərəfdaşlara cərimələr gətirməyəcəyinə dair dəqiq təminat almadığı təqdirdə, yanvarın 19-da ABŞ-da fəaliyyətini dayandıracağını açıqlayıb.

Trend xəbər verir ki, ABŞ qanunlarına əsasən, TikTok tətbiqi 19 yanvardan əvvəl endirilmiş istifadəçilər üçün əlçatan qala bilər. Lakin tətbiq mağazaları və hostinq provayderləri TikTok xidmətlərini təqdim etməyə davam edərlərsə, potensial olaraq ədliyyə orqanları tərəfindən istifadəçi başına 5 min dollara qədər cərimə ilə üzləşə bilərlər.

Ağ Evin mətbuat katibi Karen Jan-Pyer bildirib ki, qanuna görə, Prezident Bayden TikTok-un "ABŞ mülkiyyətində və ya Konqres tərəfindən ifadə edilən milli təhlükəsizlik narahatlıqlarına uyğun şəkildə" fəaliyyətini davam etdirməli olduğuna inanır.

2024-cü ilin aprelində Bayden tərəfindən imzalanan qanuna əsasən, TikTok-un sahibi ByteDance xidmətini satmalı və ya ABŞ-da tətbiq qadağası ilə üzləşməlidir.

Xəbər lenti

Xəbər lenti