Bakı. Trend:
İşbirliyimizi fərqli coğrafiyalarda inkişaf etdirmək istəyirik.
Trend xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
O bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülh və əmin-amanlığa töhfə verməyə davam edəcək:
"Türkiyə ərazilərin işğalı dövründə hər zaman Azərbaycanın yanında oldu. Azərbaycan da ən çətin günlərimizdə yanımızda idi".
Xarici işlər naziri qeyd edib ki, iki ölkə bütün zamanlarda həmişə bir-birinin yanında olub:
“Bundan sonra da hər zaman eyni yolda irəliləyəcək”.