Bakı. Trend:
COP29-da qəbul olunmuş birgə bəyanat çərçivəsində İslam İnkişaf Bankı (İİB) ambisiyalı iqlim hədəflərinə dəstək olmaq üçün bir sıra konkret addımlar atmağı öhdəsinə götürüb.
Bunu İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Cəssir Trend-ə verdiyi özəl müsahibədər bildirib.
İİB Qrupunun sədri qeyd edib ki, COP29-da çoxtərəfli inkişaf edən banklar iqlim dəyişikliyinə qarşı mübarizəyə 2030-cu ilə qədər illik 170 milyard dollar civarında yatırımların qoyulması ilə bağlı proqnozlarını elan ediblər ki, onlardan 120 milyardı aşağı və orta gəlirli ölkələrə yönləndiriləcək.
“COP29-da qəbul olunmuş birgə bəyanat çərçivəsində, İİB ambisiyalı iqlim hədəflərinə dəstək olmaq üçün bir sıra konkret addımlar atmağı öhdəsinə götürüb. İİB Qrupda biz 2025-ci ildə bizim iqlim layihələrinin maliyyəşməsinin ümumi həcminin 35 faizini ayırmaq kimi ambisiyalı hədəf müəyyən etmişik: həmin vəsaitin əhəmiyyətli hissəsi adaptasiyaya və dayanıqlılığa yönəldiləcək.
2023-cü ildə Bankın təsdiq etdiyi layihələrin ümumi həcminin 46 faizi iqlim təşəbbüslərinə istiqamətləndirilib ki, bu da öz növbəsində bizim aşağı karbonlu və iqlimə dayanıqlı layihələrə möhkəm və ambisiyalı dəstəyimizi əks etdirir. Biz öz suveren əməliyyatlarımızı tam olaraq Paris sazişinin hədəflərinə uyğunlaşdırmışıq və beləcə, öz maliyyə axınlarımızın aşağı karbonlu və iqlimə dayanıqlılıq inkişaf yollarını dəstəkləməsini təmin etmişik”, - deyə Əl-Cəssir bildirib.
O qeyd edib ki, İslam maliyyə bazarı vasitəsilə innovativ maliyyə alətlərinin tətbiqi üçün, İİB iqlim təmayüllü layihələrə lazımi resursları səfərbər etməklə, “yaşıl” və dayanıqlı sukukların dayanıqlı maliyyələşməsi çərçivə proqramının istismarını davam etdirəcək.
"Biz üzv ölkələrimizin iqlim tədbirləri planlarını hazırlayıb tətbiq etmələri üçün texniki dəstək və potensialın inkişaf etdirilməsi istiqamətində səylərimizi artıracağıq. Bundan savayı, əlavə resursların və ekspertizanın iqlim tədbirlərinə yönəldilməsi üçün digər çoxtərəfli inkişaf bankları, beynəlxalq təşkilatlar və özəl sektor iştirakçıları ilə tərəfdaşlıqları və əməkdaşlığı möhkəmləndirəcəyik. Bu öhdəliklər üzv ölkələrdə əhəmiyyətli və transformasiyaedici dəyişikliklərə nail olmaq, onların dayanıqlı inkişaf və iqlim dəyişikliyi şəraitində dayanıqlılığı gücləndirmək səylərini dəstəkləməyə olan sadiqliyimizi əks etdirir", – deyə İİB Qrupunun sədri əlavə edib.
X: @Lyaman_Zeyn