Bakı. Trend:
"Fitch Ratings" agentliyi Azərbaycanın emitentinin xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) "BBB-" səviyyəsində təsdiqləyib.
Trend reytinq agentliyinə istinadən xəbər verir ki, proqnoz “stabildir”
“Azərbaycanın reytinqi son dərəcə güclü xarici balans, qarşılaşdırılan ölkələr arasında ən aşağı səviyyəli dövlət borcu və Dövlət Neft Fondunun vacib aktivlərinin hesabına maliyyə elastikliyini əks etdirir. "Fitch" 2024-cü ildə xarici valyutada suveren aktivləri (onların 83 faizi Azərbaycan Dövlət Neft Fondunda (SOFAZ), qalanları – Azərbaycan Mərkəzi Bankının rezervlərində yer alır) 76 milyard ABŞ dolları səviyəsində qiymətləndirir (ÜDM-ın 102 faizi).
Azərbaycanın təmiz xarici aktivləri, hesablamalara görə, ÜDM-nin 71%-i təşkil edir ki, bu da “BB” və “A” reytinqi olan suveren ölkələr arasında ən yüksək nəticə sayılır”, - deyə agentliyin şərhində bildirilir.
Məlumata görə, reytinqin qalxmasına təsir edə biləcək faktorlar, iqtisadi siyasətin və institutsional imkanların möhkəmləndirilməsi, struktur islahatlarının uğurlu şəkildə aparılması və xarici balansın əlavə gücləndirmə səyləridir.
Proqnozlara görə, cari ildə Azərbaycan profisitini orta hesabla ÜDM-nin (2025-2026-cı il) 6,2 faizi civarında saxlayacaq.