Bakı. Trend:
COP29-da Azərbaycanın ortaya qoyduğu yüksək potensial, bacarıqla qürur duyuruq.
Trend xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Azərbaycan və Türkiyə regional sülh, istiqrar və barış üçün güclərini birləşdirməkdədir. Artıq bu potensial və gücə sahibik.
COP29-da Azərbaycanın ortaya qoyduğu potensial, bacarıq və məharət təqdirəlayiqdir.
Bu münasibətlə bir daha türk dünyasının bir mənsubu olaraq Azərbaycanın COP29-da ortaya qoyduğu üstün bacarıq səbəbilə duyduğum qürur və məmnuniyyəti ifadə etmək istəyirəm. Həqiqətən də, mükəmməl bir iş ortaya qoydunuz", - o qeyd edib.