...

İmişlidə uşaqların ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 18 Yanvar 2025 16:49 (UTC +04:00)
İmişlidə uşaqların ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlandı
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

Trend xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə nəticəsində iki nəfər ölüb, əlavə iki nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdır.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, DİN-in məlumatına görə, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti