Bakı. Trend:
Türkiyə ordusu Suriyanın şimalında 17 YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib. Şimali İraqda daha 4 PKK yaraqlısı öldürülüb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçulara zərbələr Suriyada “Sülh baharı” antiterror əməliyyatı zonasında, eləcə də Qara bölgəsində və İraqın şimalında Pençe-Kilit əməliyyatı zonasında endirilib.
“Terrorçularla mübarizə hava şəraitindən və relyefdən asılı olmayaraq gecə-gündüz davam edir”, -deyə Türkiyənin Milli Müdafiə Nazirliyi vurğulayıb.