Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 69,6 min ton sürtkü yağları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, ölkədə sürtkü yağları istehsalı 16,2% artıb.
Ötən ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı 6 min ton təşkil edib ki, bu da illik müqayisədə 3 min ton və ya 50% çoxdur.
2023-cü ilin eyni dövründə hazır məhsul ehtiyatı 3 min ton olub.