Bakı. Trend:
İsrail hələ də Fələstinin "HƏMAS" hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
O qeyd edib ki, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.
"Biz razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər [Qəzza] razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına sakit qalmayacaq. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür", - deyə o bildirib.