Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.