Bakı. Trend:
Yanvarın 18-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçirilib.
Trend xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, esse mərhələsinə 694 namizəd dəvət olunub, onlardan 628-i iştirak edib.