Bakı. Trend:
İsveç batalyonu NATO-nun çoxmillətli qüvvələrini gücləndirmək üçün Riqaya gəlib.
Trend-in məlumatına görə, bu barədə "PAP" agentliyi xəbər verib.
"Təxminən 550 İsveç hərbçisi Kanadanın rəhbərlik etdiyi NATO-nun ölkədə yerləşən Çoxmillətli Briqadasına qoşulmaq üçün şənbə günü Latviyaya gəlib. NATO və İsveç bayraqları ilə yürüş edən əsgərlər Riqa limanında qarşılanıb", - deyə bildirilib.
Məlumata əsasən, motoatıcı batalyonunun əsgərləri ilə birlikdə “Cənubi Skaniya” tank alayından döyüş maşınları da daşınıb.
Qeyd olunub ki, 2024-cü ilin yazında NATO-ya daxil olan İsveç ilk dəfə olaraq digər Alyansa üzv ölkəyə öz qoşunlarını göndərib.