...

Liviya neft hasilatını artıracaq

Dünya xəbərləri Materials 19 Yanvar 2025 09:33 (UTC +04:00)

Bakı. Trend:

Liviyada sutkalıq neft hasilatının 1,6 milyon barelə çatdırılması üçün 4 milyard dollar sərmayəyə ehtiyac var.

Trend xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində ölkənin neft naziri vəzifəsini icra edən Xəlifə Əbdülsadiq bildirib. O qeyd edib ki, hökumət yeni istismar lisenziyalarının verilməsi üçün yanvarın sonunadək tender elan edəcək.

Xəlifə Əbdülsadiq qeyd edib ki, ölkənin gəlirlərinin 95 faizi neftdən asılıdır. Buna görə də, hökumət sutkalıq hasilatın 2 milyon barelə çatdırılmasına çalışır. Şənbə günü hasilat 1,4 milyon bareli ötüb. Ölkədə 2011-ci ilədək sutkalıq hasilat 1,6 milyon barel səviyyəsində olub.

Son məlumata görə Liviya ərazisinin 70 faizində, o cümlədən ərazi sularının 65 faizində neft yataqları işlənməyib. Sərmayə tapılmasa, hazırki hasilat səviyyəsini də saxlamaq mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti