...

"Baku Fire" iki braziliyalı futzalçı ilə anlaşıb

İdman Materials 19 Yanvar 2025 15:42 (UTC +04:00)

Bakı. Trend:

“Baku Fire” iki braziliyalı futzalçı ilə anlaşıb.

Trend Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.

22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. P.Henrike sonuncu dəfə vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda çıxış edib.

Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.

Qeyd edək ki, "Baku Fire" 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti

Xəbər lenti