Bakı. Trend:
Kolumbiyanın şimalında silahlı üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 58-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə "El Tiempo" qəzeti hakimiyyət orqanlarına istinadən bildirib.
Məlumata əsasən, ən çox ölənlərin sayı Tibu və Teorama bələdiyyələrində qeydə alınıb - müvafiq olaraq 19 və 22. Bildirilib ki, toqquşmaların baş verdiyi Katatumbo bölgəsinin sakinləri kütləvi şəkildə başqa ərazilərə köçürlər.
Qeyd edək ki, üsyançı "Milli Azadlıq Ordusu" (MAO) qrup ilə "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri"nin (KİSQ) keçmiş üzvlərinin yaratdığı qruplar arasında toqquşmalar bir neçə gündür ki, davam edir.