Bakı. Trend:
İngiltərə FA kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Trend xəbər verir ki, günün ilk qarşılaşmasında "Nyukasl" əlavə vaxtda "Brayton"a 1:2 hesabı ilə məğlub olub.
"Mançester Yunayted" isə "Fulhem" ilə əsas və əlavə vaxtda 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Sabah keçiriləcək "Nottingem" - "İpsviç" matçı ilə sonuncu dörddəbir finalçı da bəlli olacaq.