Bakı. Trend:
Futbol üzrə Azərbaycan milli komandası Haiti və Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq görüşlərinə hazırlığa start verib.
Trend xəbər verir ki, milli komanda bu gün “Neftçi” Futbol Mərkəzində ilk məşqinə çıxıb.
Baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında keçirilən hazırlıq prosesində 25 futbolçu iştirak edib.
Qeyd edək ki, Azərbaycan yığması martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda Haiti, martın 25-də isə Bank Respublika Arenasında Belarus komandası ilə qarşılaşacaq.