...

İtaliya millisi aparıcı futbolçusunu itirdi

İdman Materials 22 Mart 2025 01:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Millətlər Liqasının 1/4 finalında mübarizə aparan İtaliya yığması əsas futbolçularından birini itirib.

Trend xəbər verir ki, Almaniya ilə ilk oyundan sonra Rikardo Kalafiorinin zədələndiyi məlum olub.

22 yaşlı müdafiəçi cavab matçında meydana çıxa bilməyəcək. O, doğma azarkeşlər qarşısında 1:2 hesabı ilə başa çatan qarşılaşmada dizindən zədə alıb.

Qeyd edək ki, Almaniya - İtaliya cavab görüşü martın 23-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti