...

“Barselona” və ya “Liverpul” 2025-ci ildə klublararası dünya çempionatına qatıla bilər

İdman Materials 22 Mart 2025 08:45 (UTC +04:00)
“Barselona” və ya “Liverpul” 2025-ci ildə klublararası dünya çempionatına qatıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” və ya “Liverpul” 2025-ci il klublararası dünya çempionatında Meksikanın “Leon” komandasını əvəz edə bilər.

Trend xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin məlumatına görə, FIFA “Leon”un əvəzinə hansı komandanın qatılacağını hələ müəyyənləşdirməsə də, Meksika komandasının yerini Avropanın sözügedən top-klublarından birinin tutacağı ehtimal olunur.

Qeyd edək ki, FIFA “Leon”u klublararası dünya çempionatından xaric edib, çünki bu komanda Meksikanın “Paçuka” klubu ilə eyni sahibi paylaşıb. Klublararası dünya çempionatı 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti