Bakı. Trend:
İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messini heyətinə qaytarmaq ideyasından vaz keçməyib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Malumata əsasən, katalon komandasının rəhbərliyi 37 yaşında olan forvardla 2026-cı ilin dünya çempionatından sonra müqavilə bağlamağı düşünür. Bu transfer baş tutsa argentinalı canlı əfsanə karyerasını elə “Barselona”da bitirə bilər.
Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. O, əsas heyətdə 2003–2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835 oyuna çıxaraq 709 qol vurub. Messi "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasını, Argentina millisinin heyətində isə 2022-ci il Dünya Çempionatını qazanıb. Bundan əlavə, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.