...

"Real" Liverpul"un müdafiəçisi ilə anlaşıb

İdman Materials 25 Mart 2025 19:11 (UTC +04:00)

Bakı. Trend:

"Real" "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnoldla ortaq məxrəcə gəlib.

Trend xəbər verir ki, Madrid klubu ingilis futbolçu ilə 5 illik müqavilə imzalayacaq.

26 yaşlı oyunçu komandaya azad agent kimi qoşulacaq. Trent imza bonusu ilə yanaşı illik 15 milyon avro və nəticələrə görə əlavə gəlirlər əldə edəcək. Müqavilə bu il iyulun 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Aleksander 2016-cı ilin yayında "Liverpul"da çıxış edib. O, "qırmızlar"ın formasında 349 oyunda 22 qol və 87 ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti